İraqdakı İslami Müqavimət Təşkilatı ittihamları rədd edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təşkilat Səudiyyə Ərəbistanına PUA hücumlarını həyata keçirmədiyini bildirib.
Yazılı açıqlamada Riyad və Yənbudakı neft obyektlərinə hücumlarla əlaqələrinin olmadığı vurğulanıb. Təşkilat bunun əvəzinə Yəmənə tətbiq olunan blokadanın aradan qaldırılmasına çağırış edib. Bundan əvvəl Səudiyyə Ərəbistanı hücumların İranın dəstəklədiyi silahlı qruplar tərəfindən təşkil edildiyini açıqlamışdı. Rəsmi Ər-Riyad İraq hakimiyyətini öz ərazisinin bu cür hücumlar üçün istifadə olunmasının qarşısını almağa çağırıb. İraqın Baş naziri Əli əz-Zeydi isə məsələ ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.
//Nəzər.Media
