Çində iki güclü zəlzələ qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeraltı təkanlar Çinxay əyalətində baş verib.
Zəlzələlərin maqnitudası 5,7 və 5,8 olub. Təkanlar 10 kilometr dərinlikdə, 18 dəqiqə fasilə ilə baş verib. Episentr əyalət mərkəzi Sinin şəhərindən təxminən 244 kilometr uzaqlıqda yerləşib. Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.
//Nəzər.Media
