İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş nazir ABŞ Prezidenti Donald Trampla mühüm görüş keçirəcək.
Bildirilir ki, son aylarda iki lider arasında fikir ayrılıqları artıb. Görüşdə əsas müzakirə mövzusu İranla bağlı vəziyyət olacaq. Netanyahu Trampın İsrailə dəstəyini gücləndirməyə çalışacaq. Məlumata görə, Qəzza zolağına beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi də gündəmdədir. Bu addımın Vaşinqtonun tələbləri fonunda atıldığı bildirilir. Görüşün Yaxın Şərqdəki son proseslərə təsir göstərə biləcəyi qeyd olunur.
//Nəzər.Media
