Kiprdə üçtərəfli görüş keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş tərəfləri Lefkoşadakı neytral zonada bir araya gətirib.
Danışıqlarda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və Cənubi Kipr Prezident Administrasiyasının lideri Nikos Xristodulidis iştirak ediblər. Görüş bir saatdan bir qədər artıq davam edib. Danışıqlardan sonra tərəflər ərazini tərk ediblər. BMT Baş katibinin görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirəcəyi bildirilib.
//Nəzər.Media
