İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündən danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran məsələsində Vaşinqtonla eyni mövqeni bölüşdüklərini bildirib.
Netanyahunun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. O vurğulayıb ki, diplomatik yol nəticə verməsə, başqa üsullara əl atıla bilər. Baş nazir ABŞ ilə İsrail arasında fikir ayrılığı olmadığını da iddia edib. Netanyahu həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin barəsində çıxardığı həbs qərarını tanımadığını bəyan edib. O, sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün yenidən ABŞ-a səfər edəcəyini açıqlayıb.
//Nəzər.Media
