ABŞ Prezidenti Donald Tramp yenidən gündəmə gəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onun mərasimdəki görüntüləri müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə yayılan kadrlarda Trampın gözlərini açıq saxlamaqda çətinlik çəkdiyi görünür. Bundan sonra istifadəçilər onun vaxtilə Co Baydenə dediyi “Yuxulu Co” ifadəsini yenidən xatırladıblar. Ağ Ev isə Trampın sadəcə yaxın dostunun itkisi ilə bağlı düşüncəli olduğunu bildirib. Hadisə ABŞ-də prezidentin səhhəti ilə bağlı müzakirələri yenidən alovlandırıb.
//Nəzər.Media
