Yemək saatı beyin sağlamlığına təsir göstərə bilər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni araşdırma bunu göstərib.
Alimlər müəyyən saatlarda qidalanan şəxslərin yaddaş və diqqət testlərində daha yaxşı nəticə göstərdiyini bildiriblər. Tədqiqat 50 yaşdan yuxarı qadınlar arasında aparılıb. Hər iki qrup oxşar çəki itirsə də, yemək vaxtını məhdudlaşdıran qrup daha uğurlu nəticə əldə edib. Mütəxəssislər bunun beyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyini qeyd edirlər. Bununla belə, nəticələrin təsdiqlənməsi üçün daha geniş araşdırmalara ehtiyac olduğu vurğulanıb.
//Nəzər.Media
