Böyük Britaniya kral ailəsi yay aylarında çəkilən ailə fotolarını sosial şəbəkədə paylaşıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, kadrlarda Şahzadə Uilyam, Şahzadə Keyt və övladları birlikdə yer alıblar.
Albomda ailə anları ilə yanaşı, rəsmi tədbirlərdən görüntülər də təqdim edilib. Paylaşıma yay aylarını xüsusi edən hər kəsə təşəkkür mesajı əlavə olunub. Şahzadə Uilyam isə son müsahibəsində həyat yoldaşını qayğıkeş ana və gözəl həyat yoldaşı kimi dəyərləndirib.
//Nəzər.Media
