Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünə hələ də ehtiyatla yanaşır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istiadən xəbər verir ki, Budapeşt əvvəlki mövqeyini qoruyub saxlayır.
Məlumata görə, ölkə üzvlük danışıqlarının ikinci və üçüncü mərhələlərinin açılmasını gecikdirib. Həmin mərhələlər vahid bazara inteqrasiya, iqtisadi və sosial siyasətlə bağlı öhdəlikləri əhatə edir. Macarıstan hökuməti Ukrayna üçün xüsusi güzəştlərin edilməsinə qarşı olduğunu bildirib. Avropa Komissiyası isə Kiyevin tələb olunan şərtləri yerinə yetirdiyini və növbəti addımların atılmasını istəyir. Avropalı diplomatlar yaranmış vəziyyətin siyasi danışıqlarla həll oluna biləcəyini düşünür. İrlandiya Baş naziri Mişel Martin də prosesin tezliklə irəliləməsi üçün səylərini artıracaqlarını açıqlayıb.
//Nəzər.Media
