Çində yeni çip hazırlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, layihə Pekin Universitetinin alimləri tərəfindən həyata keçirilib.
Bildirilir ki, çip insan beyninin səthini 10 millisaniyədən az vaxtda yüksək dəqiqliklə modelləşdirə bilir. Yeni texnologiya hesablamaları məlumatın saxlanıldığı yerdə apararaq emal prosesini sürətləndirir və enerji sərfiyyatını azaldır. Alimlər bu çipin süni intellekt sistemlərinin imkanlarını daha da genişləndirəcəyini bildirirlər. Texnologiyanın beyin-kompüter əlaqəsi, rəqəmsal beyin modelləri və əməliyyat zamanı naviqasiya sistemlərində tətbiqi nəzərdə tutulur. Bundan başqa, onun Alzheimer və Parkinson xəstəlikləri üzrə araşdırmalarda da istifadə olunması planlaşdırılır.
//Nəzər.Media
