İngiltərədə təhlükəsizlik narahatlığı artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni kəşfiyyat məlumatları diqqət çəkib.
Britaniya mətbuatı Rusiyanın NATO ilə gərginliyi artıra biləcəyi barədə iddialar yayıb. Məlumata görə, London Moskvanın mümkün addımlarını yaxından izləyir. İddialarda Rusiyanın Qərb ölkələri arasında fikir ayrılıqlarından istifadə etməyə çalışdığı qeyd olunur. Həmçinin Rusiyaya bağlı olduğu bildirilən neft tankerlərinin marşrutlarını dəyişdiyi irəli sürülüb. İngiltərə yaxınlığında Rusiya freqatının hərbi təlim keçirdiyi də iddia edilir. Digər tərəfdən, İranın mümkün təhdidləri səbəbindən Britaniyadakı bəzi hərbi bazalarda təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmi London ordunun mümkün hava və raket hücumlarına qarşı tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb. İngiltərə hökuməti ölkənin təhlükəsizliyi və müttəfiqlərinin müdafiəsi üçün qətiyyətli mövqe nümayiş etdirəcəyini vurğulayıb.
//Nəzər.Media
