İran yeni iddia ilə çıxış edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, məlumatı İnqilab Keşikçiləri Korpusu yayıb.
Bildirilib ki, İordaniyadakı Əl-Əzraq hərbi bazası ballistik raketlərlə hədəfə alınıb. İddiaya görə, hücum nəticəsində çox sayda ABŞ hərbçisi həlak olub. Həmçinin ABŞ-yə məxsus üç “F-35” qırıcısının məhv edildiyi, daha üç təyyarənin isə ciddi zədələndiyi bildirilib. ABŞ tərəfindən isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
//Nəzər.Media
