İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə zərbələr endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Hədəf Şərqi Təl əl-Əhmər ətrafı olub.
SANA-nın məlumatına görə, ərazi artilleriya atəşinə tutulub. Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib. İsrail ordusu daha əvvəl də Suriyanın cənubunda hərbi mövqelər qurub. Bu addımlar 1974-cü il qüvvələrin ayrılması haqqında razılaşma fonunda müzakirə olunur. Suriya Prezidenti Əhməd Şaranın sözlərinə görə, İsrail 2024-cü ilin dekabrından 2025-ci ilin iyulunadək ölkənin müxtəlif bölgələrinə 1000-dən çox hava zərbəsi və 400-ə yaxın quru əməliyyatı həyata keçirib. Bölgədə gərginlik davam edir.
//Nəzər.Media
