Yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, mobil telefon uşaqların oxu bacarığına mənfi təsir göstərə bilər.
Tədqiqat ibtidai sinif şagirdləri arasında aparılıb. Məlum olub ki, şəxsi telefonu olan uşaqlar oxuyub-anlama testlərində daha aşağı nəticə göstəriblər. Araşdırmaya görə, telefonun məktəbdə və ya evdə saxlanılması nəticəni dəyişməyib. Alimlər bildiriblər ki, əsas amil telefonun istifadəsi deyil, uşağın ona sahib olmasıdır. Mütəxəssislər hesab edirlər ki, telefonların sinifdən uzaq saxlanılması uşaqların sosial ünsiyyətinə müsbət təsir göstərə bilər.
//Nəzər.Media
