Kanadanın Vinnipeq şəhərində məscidə silahlı hücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Məlumata görə, iki nəfər avtomobildən məscid binasına atəş açıb. Daha sonra onlar sərt əşya ilə binanın şüşələrini sındırıblar. Hadisə zamanı məsciddə ibadət edənlər olub. Hücum nəticəsində ölən və ya yaralanan qeydə alınmayıb. Polis hadisəni nifrət zəminində törədilmiş cinayət ehtimalı ilə araşdırır.
//Nəzər.Media
