ABŞ-də 38 il əvvəl doğulan iki körpənin xəstəxanada səhv ailələrə verildiyi üzə çıxıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, həqiqət DNT testi ilə müəyyən edilib.
Məlum olub ki, 1988-ci ildə eyni gündə doğulan iki körpə doğumdan sonra ailələrə səhv təhvil verilib. Hər iki şəxs sonradan bioloji ailələri ilə görüşüb və hadisə böyük sarsıntı yaradıb. Ailələr itirdikləri illərin geri qaytarılmasının mümkün olmadığını bildiriblər. Xəstəxana hadisəni inkar etməsə də, həmin dövrə aid sənədlərin və əməkdaşların artıq mövcud olmadığını açıqlayıb. Bunun ardından ailələr səhlənkarlıq və mənəvi zərər iddiası ilə xəstəxanaya qarşı məhkəmə iddiası qaldırıblar.
//Nəzər.Media
