Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Muğlada baş verib.
Qəza zamanı sərxoş və sürücülük hüququ olmayan sürücü avtomobili əvvəlcə səkiyə,daha sonra işıq dirəyinə , daha sonra isə iki avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və infrasturuktura ciddi ziyan dəyib. Sürücü polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
