Böyük Britaniyanın vəliəhdi şahzadə Uilyam və şahzadə Keyt yarışa birlikdə qatılıblar. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onları övladları da müşayiət edib.
Kral ailəsi Şotlandiyanın Qlazqo şəhərində keçirilən Birlik Oyunlarında netbol yarımfinalını izləyib. Görüşdə Yeni Zelandiya millisi İngiltərəni 61:54 hesabı ilə məğlub edib. Şahzadə Şarlottanın oyunu böyük maraqla izlədiyi diqqət çəkib. O, matç zamanı təəssüratlarını anası Keytlə bölüşüb.
//Nəzər.Media
