Pakistanda yerləşən Brod Pik dağında itkin düşən alpinistlərdən acı xəbər gəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, məşhur nepallı alpinist Nirmal Purca da həlak olub.
Məlumata görə, onun meyiti 5700 metr yüksəklikdə tapılıb. Hadisə nəticəsində ümumilikdə 10 alpinistin öldüyü bildirilib. Faciədən sonra müxtəlif ölkələrdən başsağlığı mesajları səsləndirilib. Nepalın Baş naziri və Böyük Britaniyanın şahzadəsi Uilyam da başsağlığı verənlər arasında olub.
//Nəzər.Media
