Rusiyanın Olimpiya Oyunlarına qayıdışı ölkədə müzakirələrə səbəb olub. Nəzər.Media qərar millətçi dairələrin etirazı ilə qarşılanıb.
Rusiya Olimpiya Komitəsi Ukrayna Olimpiya Komitəsinin fəaliyyət zonasını tanıyacağını öhdəsinə götürüb. Bu addım bəzi şəxslər tərəfindən güzəşt kimi qiymətləndirilib. Onlar qərarı ölkənin maraqlarına zidd hesab ediblər. Rusiya rəsmiləri isə bunun diplomatik uğur olduğunu bildiriblər. Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın qayıdışına yaşıl işıq yandırsa da, bayraq və digər milli rəmzlərlə bağlı yekun qərarın daha sonra veriləcəyini açıqlayıb.
//Nəzər.Media
