Suriya Prezidenti Əhməd Şara inqilab prosesindən danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Şara köhnə rejimin devrilməsinin zəruri olduğunu bildirib.
Şaranın sözlərinə görə, bu addım təkcə Suriya üçün deyil, bütün region üçün vacib idi. O, rejimin devrilməsi üçün hazırlıqların Dəməşqdən təşkil edildiyini deyib. Şara xarici dəstək almadıqlarını da vurğulayıb. Bildirib ki, mübarizə ilə yanaşı, yenidənqurma və iqtisadiyyat üçün də planlar hazırlanıb. Prezident Suriyanın tarixi və müxtəlifliyinin ölkənin əsas üstünlüklərindən biri olduğunu qeyd edib. O, beynəlxalq ictimaiyyətə bölgədə görülən işlərin çatdırılmasına da xüsusi önəm verdiklərini bildirib.
//Nəzər.Media
