Türkiyə və Küveyt xarici işlər nazirləri telefonla danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinəistinadən xəbər verir ki, Tərəflər bölgədəki vəziyyəti müzakirə edib.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Küveytin xarici işlər naziri Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə telefon əlaqəsi saxlayıb. Söhbət zamanı regional hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bölgədəki son vəziyyəti dəyərləndiriblər. Görüşlə bağlı digər detallar açıqlanmayıb.
//Nəzər.Media
