Almaniyada naməlum virus aşkarlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, virus iribuynuzlu heyvanlar arasında yayılır.
Məlumata görə, xəstəlik əsasən ölkənin cənubundakı təsərrüfatlarda qeydə alınıb. Virus heyvanlarda hərarət, ishal və süd məhsuldarlığının azalmasına səbəb olur. Mütəxəssislər onun qan soran həşəratlar vasitəsilə yayıldığını ehtimal edirlər. Hazırkı məlumata əsasən, virus insanlar üçün ciddi təhlükə yaratmır. Buna baxmayaraq, aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.
//Nəzər.Media
