ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə görüş istədiyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp İran rəhbərliyini ikili mövqe tutmaqda ittiham edib.
Trampın sözlərinə görə, Tehran əvvəlcə danışıqlar tələb edir, sonra isə bunu ictimaiyyət qarşısında təkzib edir. O, İranın yalnız Omanla danışdığını açıqlamasını ziddiyyətli adlandırıb. Tramp həmçinin Hörmüz boğazının ABŞ hərbi dəniz qüvvələrinin nəzarətində olduğunu iddia edib. O bildirib ki, İran razılaşma imzalayana qədər Vaşinqtonun istəmədiyi gəmilər boğazdan keçə bilməyəcək. ABŞ Prezidenti bir daha vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək. İran isə ABŞ ilə sülh danışıqlarının planlaşdırıldığı barədə iddiaları rədd edib.
//Nəzər.Media
