Vinisius Junior yeni müqavilə ilə razılaşmır. Nəzər.Media İngiltərənin “Goal” saytına istinadən xəbər verir ki, tərəflər arasında fikir ayrılığı dərinləşib.
Məlumata görə, braziliyalı futbolçu daha yüksək maaş və əlavə imza mükafatı tələb edir. O, bu məsələdə Kilian Mbappenin müqaviləsindəki şərtlərə bərabər münasibət istəyir. “Real Madrid” isə son təklifini təqdim edib və güzəştə getmək niyyətində deyil. Klub rəhbərliyi bu tələblərin digər futbolçular üçün də presedent yaratmasından ehtiyat edir. Bildirilir ki, Vinisiusun müqaviləsinin başa çatmasına dörd ay qaldıqdan sonra o, başqa klublarla sərbəst danışıqlar apara biləcək. İspaniya mətbuatının iddiasına görə, tərəflər arasında razılıq əldə olunmasa, futbolçunun yay transfer dövründə komandadan ayrılması ehtimalı arta bilər.
//Nəzər.Media
