Avqustun 15-dən Bakı metropoliteninin “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək ekspress və digər sərnişin avtobuslarında gediş haqları hələ müəyyənləşdirilməyib.
Bunu bu gün keçirilən brifinqdə Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bununla bağlı hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır:
“Hazırda bu məsələ ilə bağlı danışıqlar davam edir. Sərnişin yükü və marşrutun məsafəsi araşdırılır, qiymətlərlə bağlı müvafiq qiymətləndirmələr aparılır. Avqustun 15-dək danışıqlar başa çatacaq və gediş haqları açıqlanacaq.”
//milli.az
