Şabran rayonunun Gəndov kəndində uzun illərdir davam edən içməli su problemi sakinlərin narazılığına səbəb olur.
Kənd sakinlərinin sözlərinə görə, yaşayış məntəqəsinin bir hissəsi illərdir su çatışmazlığından əziyyət çəkir.
Təxminən 3 min 300 nəfərin yaşadığı və 800-ə yaxın təsərrüfatın yerləşdiyi kənddə problem xüsusilə yay mövsümündə daha da dərinləşir. Sakinlər bildirirlər ki, 1970-ci illərdə çəkilmiş su xətləri köhnəldiyi və yararsız vəziyyətə düşdüyü üçün kəndin böyük hissəsi hazırda içməli su ilə təmin olunmur.
//milli.az
