• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam"-VİDEO

06 Avqust, 26 / 13:58
A A
İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam"-VİDEO

CineMastercard bu yayın ən möhtəşəm kino hadisələrindən birini – “Hörümçək-Adam: Yeni Gün” filminin inqilabi ScreenX formatında premyerasını təqdim edir.

Piter Parkerin yeni macərası kino dünyasında əsl dönüş nöqtəsinə çevrilir. İlk dəfə olaraq tamaşaçılar filmin düz 88 dəqiqəsi boyunca ScreenX formatının təqdim etdiyi tam immersiv kino təcrübəsini yaşayacaqlar. Bu, ScreenX formatı tarixində ən uzun xüsusi məzmun təqdimatıdır.

Lakin rekord müddət filmin yeganə uğuru deyil.

“Hörümçək–Adam: Yeni Gün“ ScreenX formatı üçün xüsusi çəkilmiş ilk Hollivud blokbasteri kimi tarixə düşüb. Yan ekranlar üçün nəzərdə tutulmuş əlavə səhnələr əsas çəkiliş prosesi ilə paralel hazırlanıb. Nəticədə hadisələr adi ekranın sərhədlərini aşaraq tamaşaçını hər tərəfdən əhatə edir və onu filmin bir hissəsinə çevirir.

Filmin rejissoru Destin Deniel Kretton, baş rolların ifaçıları isə Tom Holland, Sedi Sink, Zendaya, Ceykob Batalon və Con Berntaldır.

Hörümçək-adamın göydələnlər arasında möhtəşəm uçuşları, nəfəskəsən təqiblər, genişmiqyaslı döyüş səhnələri və Nyu-Yorkun təsirli panoramaları tamaşaçıya sadəcə film izləmək deyil, hadisələrin mərkəzində olmaq hissini yaşadır.

Filmin dünya üzrə əldə etdiyi böyük uğuru da xüsusi qeyd olunmalıdır. “Hörümçək-Adam: Yeni Gün” nümayişinin ilk həftəsində dünya prokatında 1 milyard ABŞ dolları həddini keçərək ilin ən böyük kino hadisələrindən biri statusunu təsdiqləyib.

“Hörümçək-Adam: Yeni Gün” artıq CineMastercard kinoteatrlarında iki innovativ formatda – ScreenX və 4DX formatlarında nümayiş olunur. Film həmçinin rus, türk və ingilis dillərində təqdim edilir.

Yeni nəsil kino təcrübəsini yalnız CineMastercard-da yaşayın!

 

Previous Post

DSX-nin 2026-cı ilin iyul ayının icmalı

Next Post

“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır-VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.