İranda gizli görüş iddiası gündəmə gəlib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Pezeşkianın Xamenei ilə qısa görüş keçirdiyi bildirilir.
İddialara görə, İran Prezidenti Məsud Pezeşkian Tehranda naməlum ünvana aparılıb. Bildirilir ki, görüş tam qaraldılmış avtomobildə baş tutub. Tərəflərin bir-birini görmədiyi və yalnız səs vasitəsilə danışdığı iddia olunur. Görüşün cəmi bir neçə dəqiqə davam etdiyi qeyd edilir. Məlumata görə, Pezeşkian sonradan həmin şəxsin həqiqətən Müctəba Xamenei olub-olmadığı ilə bağlı şübhəsini dilə gətirib. İran rəsmiləri isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
//Nəzər.Media
