İtaliyada meşə yanğınları geniş əraziyə yayılıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, 70 min hektar sahə yanaraq məhv olub.
Bu göstərici təxminən 100 min futbol meydançası qədər əraziyə bərabərdir. Bildirilir ki, yanğınların təxminən üçdə biri mühafizə olunan ərazilərdə baş verib. Hesabata görə, son 20 ildə meşə yanğınlarının əhatə etdiyi sahə 133 faiz artıb. İspaniyada 219 min, Fransada isə 91 min hektar ərazi alovun qurbanı olub. Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) mütəxəssisləri Avropada iqlim və təbiətin qorunması üçün daha sərt tədbirlərin görülməsinə çağırıblar.
//Nəzər.Media
