Uelsdə xəstəxanada təşviş yaşanıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, damda qəribə geyimli şəxs görünüb.
26 yaşlı Leon Gillespi əlində oraqa bənzər əşya ilə xəstəxananın damına çıxıb. O, təxminən 50 dəqiqə damda qalaraq ətrafdakıları izləyib. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Şəxs saxlanıldıqdan sonra məhkəmə qarşısına çıxarılıb. O, “Əzrayıl” obrazında deyil, qarğa obrazında olduğunu iddia edib. Məhkəmə Leon Gillespini ictimai asayişi pozmaqda təqsirli bilərək cərimə cəzası verib.
//Nəzər.Media
