Şimali Kiprdə isti hava ilə bağlı qərar verilib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, açıq havada işləməyə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Qərar avqustun 5-dən 15-dək qüvvədə olacaq. Bu müddətdə saat 12:00-dan 16:00-dək birbaşa günəş altında işləməyə icazə verilməyəcək. Məhdudiyyət işçilərin sağlamlığının qorunması məqsədi daşıyır. Kənd təsərrüfatı və tikinti sahələrində isə işə daha erkən başlamağa icazə veriləcək. Aidiyyəti qurum işəgötürənləri təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
//Nəzər.Media
