İsrail Fransaya qarşı sərt açıqlama verib. Nəzər.Media Türkiyənin “Hüriyət” qəzetinə istinadən xəbər verir ki, hədəfdə Prezident Emmanuel Makron olub.
İsrailin Diasporla İş üzrə naziri Amixay Çikli Makronun Fələstinlə bağlı qərarını tənqid edib. O, Fransa prezidentinin İsraili “arxadan bıçaqladığını” iddia edib. Çikli həmçinin Fransada İsrailin mövqeyini dəstəkləyən siyasi qüvvələrin olduğunu bildirib. O, Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qərarlarına da etiraz etdiklərini vurğulayıb. Makron daha əvvəl Fransanın Fələstin dövlətini tanıdığını açıqlamışdı. Bu qərar İsrail rəhbərliyinin kəskin etirazına səbəb olmuşdu.
//Nəzər.Media
