Livanın cənubunda partlayış baş verib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İsrail ordusu itki verdiyini açıqlayıb.
Məlumata görə, partlayış nəticəsində iki İsrail hərbçisi həlak olub. Daha dörd hərbçinin ağır yaralandığı bildirilib. Hadisənin yaşayış binasına daxil olarkən baş verdiyi qeyd olunur. Partlayışdan sonra İsrail ordusu Hizbullaha məxsus olduğu iddia edilən hədəflərə hava zərbələri endirib. Hadisə Livan və İsrail arasında davam edən dolayı danışıqlar fonunda baş verib.
//Nəzər.Media
