İspaniyanın Sebte bölgəsində miqrasiya böhranı yaşanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, böhran Madrid və Roma arasında gərginlik yaradıb.
İtaliya İspaniyadan gələnlər üçün sərbəst keçidi dayandırıb. İspaniya isə İtaliyadan gələn sərnişinlərə yoxlamalar tətbiq edib. Roma bu qərarı ən azı avqustun 15-dək dəyişməyəcəyini bildirib.
Qeyd edək ki, Ötən həftə Sebteyə təxminən 72 min qanunsuz miqrant axın edib. Onlardan təxminən 70 mini Mərakeşə geri qaytarılıb. Sebtedə qalan miqrantlar isti hava və düşərgə şəraitindən şikayətlənirlər.
//Nəzər.Media
