Rusiya Ukraynaya zərbələr endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücumlar gecə saatlarında baş verib.
Rusiya ordusu Odessa və Çornomorsk limanlarını hədəfə alıb. Limanlardakı yanacaq anbarları və yükötürmə məntəqələri vurulub. Hücumlarda raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilib. Ukrayna gecə ərzində 202 pilotsuz aparatın buraxıldığını açıqlayıb. Hücumlar nəticəsində Xarkovda 2 nəfər ölüb, 21 nəfər yaralanıb. Volodimir Zelenski isə son bir həftədə Ukraynaya 61 raket atıldığını bildirib.
//Nəzər.Media
