Çində tayfun həyəcanı elan edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Dolphin tayfunu ölkəyə yaxınlaşır.
Tayfunun sürəti saatda 162 kilometrə çatır. Cıciyan əyalətində təxminən 390 min nəfər təxliyə edilib. Ərazidə torpaq sürüşməsi və daşqın təhlükəsi gözlənilir. Dənizdə bərə və gəmi səfərləri dayandırılıb. Şanxayda 1300-dən çox aviareys ləğv edilib. Şəhərdə riskli ərazilərdən təxminən 30 min nəfər təxliyə olunub.
//Nəzər.Media
