Co Baydenin xərçəngi yayılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, xəstəlik onun sümüklərinə keçib.
Oğlu Hanter Bayden atasının səhhəti barədə danışıb. O, xərçəngin sümüklərə və digər nahiyələrə yayıldığını bildirib.Hanter Bayden atasının xəstəliklə mübarizəsini izləməyin çox çətin olduğunu deyib.
Qeyd edək ki, Baydenə 2025-ci ilin mayında aqressiv prostat xərçəngi diaqnozu qoyulub. O, müalicə çərçivəsində həmin ilin oktyabrında şüa müalicəsinə başlayıb.
//Nəzər.Media
