Ukrayna yeni silah paketi alıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, paketin dəyəri 280 milyon dollardır.
Paketdə ABŞ istehsalı “70 ATACMS” raketi də var. Həmçinin “12 M270” reaktiv yaylım atəşi sistemi və minlərlə döyüş sursatı göndəriləcək. Silahların Ukraynaya çatdırılmasında Türkiyənin MKE, ASFAT və ARCA Savunma şirkətləri iştirak edəcək. Təhvilin avqustun sonunda başlanması gözlənilir. ABŞ bu paketin Ukraynanın müdafiə və hücum imkanlarını gücləndirəcəyini bildirib. Satış ABŞ Konqresinin təsdiqindən keçməlidir.
//Nəzər.Media
