• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Kamran Nəbizadə və Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani ilə görüşüb

21 Avqust, 25 / 0:23
A A
Kamran Nəbizadə və Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani ilə görüşüb

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani ölkəmizə səfəri çərçivəsində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudovla görüşüb. AAF rəhbərliyi ilə birgə milli komandalarımızın təlim-məşq bazasına gələn Astrit Hasani burada idmançılar üçün yaradılan şəraitlə tanış olub. Bildirilib ki, təlim-məşq bazasında atletlərin yerləşməsi, qidalanması, reabilitasiyası və hazırlıq keçməsi üçün bütün zəruri şərait yaradılıb. Söhbət zamanı yaxın günlərdə Bakıda keçirilməsi planlaşıdırılan beynəlxalq məşqçi seminarının təşkili məsələləri müzakirə edilib. Seminarda əcnəbi məşqçilərlə yanaşı antidopinq sahəsi üzrə mütəxəssislərin də iştirakı nəzərdə tutulub. Eyni zamanda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Ağırlıqqaldırma mərkəzi statusuna sahib olan Azərbaycanda digər mötəbər tədbirlərin təşkili perspektivlərindən də danışılıb. Daha sonra rəsmi qonağa Şüvəlanda yerləşən Ağırlıqqaldırma mərkəzi haqqında, həmçinin burada keçirilmiş beynəlxalq və ölkə miqyaslı yarışlar barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə irimiqyaslı yarışlarla yanaşı, seminar və təlimlərin təşkili üçün hər bir şərait yaradılıb. Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani mövcud infrastrukturun idmanın inkişafı üçün önəmli olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük dəstəyin göstərilməsi nümunəvi addımdır. Görüş zamanı Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani, Kamran Nəbizadə və Firdovsi Umudova federasiyanın xatirə medallarını verib. Kamran Nəbizadə öz növbəsində milli ornamentlərimizlə bəzədilmiş xüsusi hədiyyəni AAF adından Astrit Hasaniyə təqdim edib.

Previous Post

Fərid Qayıbov Albaniya Olimpiya Komitəsinin prezidenti və digər rəsmi şəxslərlə görüşüb

Next Post

Günün qoroskopu: Risk etməyin vaxtı deyil

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.