Yəmən hökumət qüvvələri əməliyyat keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hədəf husilər olub.
Hücum Mərib şəhərində həyata keçirilib. Hökumət qüvvələri husilərin hərbi məntəqələrini vurub. Hücum zamanı raket qurğularının da hədəfə alındığı bildirilib. İranın dəstəklədiyi husilər 2014-cü ildən Səna və bəzi bölgələrə nəzarət edir. Yəmən hökuməti ilə husilər arasında hərbi gərginlik iyulun əvvəlindən yenidən artıb.
//Nəzər.Media
