Kolumbiyada güclü zəlzələ baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, zəlzələnin ocağı Çoko bölgəsində yerləşib.
Zəlzələ 7.4 bal gücündə olub. Zəlzələ 132 nəfərin ölümünə səbəb olub. Təbii fəlakət nəticəsində çox sayda bina dağılıb və mühüm infrastruktur zərər görüb. Cali şəhərində ən azı 20 binanın tamamilə dağıldığı bildirilib. Bir sıra hava limanlarında uçuşlar dayandırılıb. Dağlıq ərazilərə çıxışın çətin olması axtarış-xilasetmə işlərini ləngidir.
//Nəzər.Media
