İraqda hərbçilərə hücum olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Kərkükdə baş verib.
Hərbi maşının yoluna yerləşdirilən partlayıcı işə düşüb. Hadisə nəticəsində 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. İraq ordusu və federal polis hücumun iştirakçılarını tutmaq üçün əməliyyata başlayıb. Hücumun İŞİD terror təşkilatının üzvləri tərəfindən törədildiyi bildirilib.
//Nəzər.Media
