Livanda ölüm cəzası ləğv olunur. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qanun layihəsi parlamentdə qəbul edilib.
Yeni qanuna əsasən, ölüm cəzası ömürlük həbs ilə əvəzlənəcək. Ədliyyə naziri Adil Nassar qərarı tarixi addım adlandırıb. O, ölüm cəzasının ləğvinin cinayətə güzəşt demək olmadığını bildirib. Ölkədə son ölüm hökmü 2004-cü ildə icra edilib.
//Nəzər.Media
