Yunanıstanda yanğın baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Afinanın yaxınlığında qeydə alınıb.
Pikermi bölgəsində başlayan yanğının səbəbi hələ məlum deyil. Yanğının söndürülməsinə 115 yanğınsöndürən və 30 texnika cəlb olunub. İşlərə Rumıniya və Fransadan gələn qruplar da qoşulub. Yanğının söndürülməsinə 2 təyyarə və 3 helikopter də dəstək verib. Bölgə sakinlərinə ehtiyatlı olmaları barədə xəbərdarlıq göndərilib.
//Nəzər.Media
