Tramp Ankaradan gizli şəkildə ayrılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səbəb təhlükəsizlik olub.
İddialara görə, Tramp kameralar qarşısında “Air Force One”a minəndən sonra iaşə maşını ilə təyyarədən çıxarılıb. Daha sonra o, C-32A hərbi təyyarəsinə keçirilib. Bu addımın İrandan gələn mümkün sui-qəsd təhdidi ilə bağlı olduğu bildirilir. “Air Force One” isə Tramp hələ içəridəymiş kimi Ankaradan ayrılıb. Tramp daha sonra təhlükəsizlik xidmətinin bu qərarını təsdiqləyib.
//Nəzər.Media
