Çində fermerin məhsulu quruyub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səbəb süni intellektin məsləhəti olub.
67 yaşlı fermer küncüt sahəsində alaq otlarına qarşı dərman istifadə edib. O, dərmanı mütəxəssislə məsləhətləşmədən tətbiq edib. Ertəsi gün 25 dönümlük sahədəki bütün cücərtilər quruyub. Mütəxəssislər zərərin flufenatset adlı alaq dərmanından yarandığını bildiriblər. Onlar dərmanın yanlış dozada istifadəsinin küncütə zərər verə biləcəyini qeyd ediblər.
//Nəzər.Media
