Rumıniyada PUA həyəcanı yaşanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Ukrayna sərhədi yaxınlığında baş verib.
Radarlar İzmail limanı yaxınlığında 5 hava hədəfi aşkarlayıb. Bundan sonra Rumıniya iki “F-16” qırıcısını havaya qaldırıb. PUA-lardan birinin Rumıniya hava məkanına daxil olduğu bildirilib. Daha sonra PUA Ukrayna istiqamətində hərəkət edib. Rumıniya hava məkanında hər hansı zərər qeydə alınmayıb.
//Nəzər.Media
