ABŞ-da ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin (İCE) əməkdaşlarına yeni avadanlıq alınacaq. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni avadanlıq əlcəklərdən ibarəd olacaq.
Əlcəklər elektrik şoku verəcək. ICE bu avadanlıqlardan miqrasiya əməliyyatlarında istifadə etməyi planlaşdırır. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu məqsədlə 10-20 milyon dollar ayrılıb. Əlcəklərin 380 volta qədər elektrik şoku verə bildiyi bildirilir. İnsan hüquqları təşkilatları isə bu avadanlığın sui-istifadə riskini artıracağını deyib.
//Nəzər.Media
