“İnciməsin, amma belə şeyləri səhifələrdə görəndə əsəbləşirəm. Məktəbə cəmi bir ay qalıb, bəzi müğənnilər başlayır ki, guya iki yüz manat verib iki uşağa forma alıblar”.
Bu sözləri aparıcı tarix Əliyev sosial şəbəkədə yazıb. Sənətçi məktəbli formalarının qiymətindən şikayət edənlərlə bağlı paylaşım edib.
“Mütləq də bunu bütün səhifələrdə paylaşdırırlar. Bir müğənni görsəm ki, özünü reklam edir, “iki yüz manatlıq, üç yüz manatlıq xeyir iş gördüm” deyir, vallah, şəklini səhifəmə qoyub yazacam: böyük iş görmüsən?! Özün gəlmirsən, böyüyün gəlsin, bəsdirin” deyə, Tolik əlavə edib.

//Axsam.az
